AZ

Yaponiya Baş nazirinin Trampla görüşü gözlənilir

Yaponiyanın Baş naziri Şiqeru İşibanın fevralın 6-dan 8-dək ABŞ Prezidenti Donald Trampla görüşmək üçün ABŞ-a səfəri gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

İşiba-Tramp görüşündə iki dövlət arasında əməkdaşlıq, ABŞ-ın Asiya-Sakit okean regionunun problemlərində iştirakının vacibliyi müzakirə ediləcək.

Görüş zamanı İşiba Trampa Amerika qazı almaq üçün müqavilə bağlamağı təklif edə bilər.

Bundan başqa, Alyaskada ABŞ və Asiyanı birləşdirəcək yeni qaz kəmərinin tikintisinə Yaponiyanın investisiya qoyması da nəzərdən keçirilən məsələlər arasındadır.


Müəllif: Teleqraf.com
Seçilən
23
teleqraf.com

1Mənbələr