AZ

Təyyarə qəzası: 41 nəfərin meyiti çıxarıldı

  Vaşinqtonda təyyarə qəzasında həlak olan sərnişinlərdən 41 nəfərin meyiti tapılıb.

Bu barədə Kolumbiya dairəsinin yanğınsöndürmə xidmətinin rəisi Con Donnelli məlumat yayıb.

“Biz 41 nəfərin meyitini tapmışıq. Onlardan 28-nin şəxsiyyəti müəyyən edilib”, – deyə Donnelli deyib.

Xatırladaq ki, Vaşinqtonda təyyarə qəzası yanvarın 29-da baş verib. Sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub, nəticədə göyərtədə olan sərnişinlər və ekipaj üzvləri həlak olub./globalinfo.az  

Seçilən
23
referans.az

1Mənbələr