AZ

Azərbaycanlı şahmatçının beşinci qələbəsi

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri bir günlük istirahətdən sonra davam etdirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı "Challengers" yarışının 11-ci turunda İddiaçılar turnirinin iştirakçısı hindistanlı Vaişali Rameşbabuya qalib gəlib.

Artıq beş qələbə qazanan Süleymanlı inamlı çıxışını davam etdirir. O, 7,5 xal toplayaraq üçüncü yerdədir. Təmsilçimiz lider Ervin L'Amidən yarım xal geri qalır.

İdman.biz

Seçilən
24
idman.biz

1Mənbələr