AZ

Ermənistanın bütün rəhbərliyi ölkəni  Kremlin valisi kimi idarə edib - AÇIQLAMA 

"Rusiyanın Ermənistana qarşı təhdid və təzyiqlərinin kökündə Ermənistan iqtisadiyyatının Rusiyadan asılı vəziyyətdə olması durur. Ermənistanın bütün prezidentləri Kremlin valisi kimi ölkəni idarə ediblər".

Bu barədə siyasi şərhçi Samir Əsədli Bakıvaxtı.az-a açıqlamasında deyib. 

Ekspert bildirib ki, İrəvan heç zaman Moskvanın razılığı olmadan addım atmayıb: 

"Paşinyan hakimiyyətə gəldikdən sonra sürətli şəkildə Qərbə inteqrasiya siyasətini həyata keçirməyə başladı. ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışdı. Əlbəttə, İrəvan hökumətinin bu addımları Rusiyanı qıcıqlandırmaya bilməz. Rusiya Ermənistanın hər sahədə, əsas da iqtisadi cəhətdən özündən asılı olduğunu bilir. Ona görə də Ermənistana təzyiq göstərir. Çalışır ki, müxtəlif vasitələrdən istifadə etməklə Ermənistanı Avropaya, Qərbə inteqrasiyanı dayandırmağa məcbur etsin".

Samir Əsədli: İrəvan heç zaman Moskvanın razılığı olmadan addım atmayıb

Müsahibimiz hesab edir ki, əgər Qərb İrəvans verdiyi sözlərin arxasında durarsa, Ermənistanın Rusiyadan asıllığı nisbətən azalar:

"Yox əgər Qərb sözündə durmazsa, Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq. Çünki bu ölkənin iqtisadiyyatı Rusiyanın əlindədir. Dünənədək bu ölkəni Rusiyav idarə edib". 

Qeyd edək ki, Rusiya Ermənistana Qərbə inteqrasiyaya görə, növbəti xəbərdarlığını edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Ermənistanın Avropaya inteqrasiyasının nəticəsi erməni əhalisinin tam yoxsullaşması ola bilər. Onun sözlərinə görə, bu durumda erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin azalmasına səbəb olacaq:

 "Məsələn, hesab edirəm ki, bu, əsas məsələdir, çünki bu, qazanc və gəlirə yox, birbaşa inkişafa zərbə olacaq. Əgər istehsalın miqyasından, Ermənistan əhalisindən danışırıqsa, bu, tam yoxsullaşmaya gətirib çıxara bilər".

Aydın Baxış

Seçilən
7
bakivaxti.az

1Mənbələr