Kriştiano Ronaldonun çıxış etdiyi “Əl Nəsr” klubu “Aston Villa”nın və Kolumbiya millisinin hücumçusu Con Duranı transfer edib.
Səudiyyə Ərəbistanı təmsilçisi sövdələşmənin maliyyə detalları açıqlamayıb.
Nüfuzlu insayder Fabrizio Romanonun sözlərinə görə, keçid 77 milyon avro və əlavə bonuslar əsasında baş tutub.
Qeyd edək ki, Duran “Aston Villa”ya 2023-cü ilin yanvarında “Çikaqo Fayr”dan transfer olunub. 21 yaşlı forvard bu mövsüm İngiltərə klubunun heyətində 29 matçda 12 qola imza atıb.//publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta