AZ

Türkiyə BMT-nin Şimali Kipr siyasətini pisləyib

Türkiyə

Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) Şimali Kiprlə bağlı siyasətini sərt tənqid edib. Ankara, BMT Təhlükəsizlik Şurasının (TŞ) adanın türk icmasına qarşı qərəzli mövqe tutduğunu və onların hüquqlarını nəzərə almadığını bəyan edib.“Ulusum”.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında, BMT-nin Kipr türklərinin haqlarını görməzlikdən gəldiyini və yalnız Kipr Rum Administrasiyasının mövqeyinə üstünlük verdiyini bildirib. Qeyd olunub ki, bu siyasət Kipr probleminin həllinə deyil, onun daha da uzanmasına səbəb olur.Rəsmi Ankara həmçinin BMT-dən adada ədalətli və balanslı mövqe sərgiləməsini tələb edib və Şimali Kipr Türk Cümhuriyyətinin suverenliyinin tanınmasının vacibliyini vurğulayıb. Türkiyə tərəfi, Kipr türklərinin beynəlxalq arenada daha çox təmsil olunması və haqlarının qorunması üçün mübarizəni davam etdirəcəyini bəyan edib.Səidə

Diqqət Çəkənlər

Ekstrovert? İntrovert? Ambivert!

Partlayışda ölən şəxsin qardaşı hadisədən danışıb

HAMAS 1 fevralda ABŞ və Fransa vətəndaşlarını azad edəcək

Seçilən
14
ulusum.az

1Mənbələr