Azərbaycan Basketbol Liqasında 13-cü tura dünən start verilib.
Offsideplus.az xəbər verir ki, bu gün "A" qrupunun son oyunu keçiriləcək.
NTD – “Neftçi” matçı saat 12:30-da start götürəcək. "B" qrupunun ilk oyunu isə "Şəki" və "Sumqayıt" komandaları arasında olacaq. Oyunlar müvafiq olaraq Bakı İdman Sarayında və Şəki Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.