AZ

Aytən Əliyeva: "Revmatoloji xəstəlik insanların həyati fəaliyyətinə çətinlik yaradan amildir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Revmatoloji xəstəlik təkcə oynaqlardakı ağrı ilə yekunlaşmır. Bu, insanların həyati fəaliyyətinə çətinlik yaradan amildir".
Oxu.Az xəbər verir ki, bu sözləri I Azərbaycan Pediatrik Revmatologiya Simpoziumunda çıxışı zamanı simpoziumun sədri Aytən Əliyeva deyib.
O bildirib ki, hələ südəmər dövrdə olan zaman təyin olunan revmatoloji xəstəliklərdən əziyyət çəkənlərə genişmiqyaslı müalicələr tətbiq edilir:
"Bu müalicələr də özlüyündə ovuc dolusu dərman qəbulu deməkdir. Artıq bir müddət sonra bu xəstəlikdən əziyyət çəkənlər üçün çətinliklər yaranır. Məktəbə gedə bilmir, bir çox işi görə bilməyib, ətraf mühitdən təcrid olmağa məcbur qalırlar".
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif
Seçilən
34
oxu.az

1Mənbələr