AZ

Rusiya ordusu Xarkovu atəşə tutub

Fevralın 1-i səhər saatlarında Rusiya ordusu Xarkovu atəşə tutub.

XəzərNews.az xəbər verir ki, bu barədə şəhər meri İqor Terekov Telegram-da məlumat verib.

Onun sözlərinə görə, zərbə Xolodnoqorsk rayonunun yaşayış massivində qeydə alınıb.

Mer azı iki itki olduğunu bildirib, bir qadının vəziyyəti isə ağırdır.

Ukrayna Hərbi Hava Qüvvələri saat 7.39 və 7.42-də Xarkov vilayəti istiqamətində raketlə bağlı xəbərdarlıq edib.

Xəbər 5 dəfə oxunub.
Seçilən
25
xezernews.az

1Mənbələr