Bakı. Trend:
Yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövləkəndində “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillərtoqquşub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavabolaraq bildirilib ki, nəticədə “VAZ-2106”-da olan sərnişin 1958-ciil təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerindəölüb, digər sərnişin -1976-cı il təvəllüdlü Müslüm Soltanov vəsürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb.
Həmçinin digər avtomobilin sürücüsü, 30 yaşlı Aqasif Qəribli vəsərnişini- 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.
Eyni zamanda DİN-dən qeyd edilib ki, ölüm və xəsarətlərlənəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon PolisŞöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.