AZ

AK müdafiə fondlarının yaranmasından narahatdır

Avropa İttifaqının (Aİ) müdafiə fondlarının yaradılması üzv ölkələrin liderlərinin xüsusi səylərini tələb edəcək uzun sürən prosesdir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Litvanın keçmiş baş naziri, müdafiə və kosmos məsələləri üzrə Avropa komissarı Andryus Kubilyus "Lietuvos rytas" nəşrinə bildirib.

"Avropa Komissiyası bu cür maliyyə alətlərinin (müdafiə fondları) yaranmasından narahatdır. Onlara olan ehtiyac məlumdur, lakin belə fondlar, onların fəaliyyət mexanizmi barədə razılığa gəlmək, bu vəsaitlərin üzv ölkələrin hər birinə necə daxil olacağı qaydalarını müəyyən etmək üçün uzun yol keçmək lazımdır".

Avrokomissar əvvəlcə müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılacağını bəyan edən, sonra isə müdafiə üçün maliyyə həcminin artırılması üçün mənbələr axtarmağa başlayan və bu yükün Brüsselin üzərinə qoyula biləcəyinə qərar verən öz ölkəsini tənqid edib. "Litvalı nazirlər hələ yaradılmamış hansısa mifik Aİ fondlarında vəsait axtaracaqlarını iddia edirlər", - A.Kubilyus qeyd edib.

Litvanın Dövlət Müdafiə Şurası yanvarda 2026-cı ildən hərbi təxsisatların Ümumi Daxili Məhsulun (ÜDM) 5-6 %-nə qədər (2025-ci il büdcəsində bu göstərici 3,03 % təşkil edir) artırılacağını bəyan etdikdən sonra müdafiə naziri Dovile Şakalene təşkilat üzvlərinin müdafiəsinin maliyyələşdirilməsində birliyin iştirakı üçün Aİ-yə təzyiq göstərilməli olduğunu bildirib.

Seçilən
5
3
bakivaxti.az

4Mənbələr