AZ

Diniyevin komandasını darmadağın etdilər

Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, milli üzvünün çıxış etdiyi "Bandırmaspor" 22-cu turda "Çorum"un qonağı olub.

Qarşılaşma Coşqunun komandasının 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Diniyev də bu oyunun iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub.

Beləliklə, Bandırma təmsilçinin qələbəsiz oyunlar seriyası 7-yə yüksəlib. Komanda bu matçlarda 4 dəfə uduzub, 3 dəfə heç-heçə oynayıb.

Qeyd edək ki, bandırmalılar 34 xalla 5-ci pillədə qərarlaşıb.

Seçilən
23
fanat.az

1Mənbələr