Beyin sağlamlığını qorumaq və yaddaşı gücləndirmək üçün qidalanma böyük rol oynayır.
E-saglam.az xəbər verir ki, omega-3 yağ turşuları beyin hüceyrələrinin qurulmasına kömək edir və iltihabı azaldaraq idrak funksiyalarını gücləndirir.
Yağlı balıqlar, qoz və çia toxumu omega-3 baxımından zəngin qidalardır.
B vitaminləri, xüsusilə B6, B9 və B12, yaddaşı və diqqəti artırır, eyni zamanda beyin funksiyalarını dəstəkləyir.
İspanaq, yumurta və süd məhsulları B vitaminlərinin əsas mənbələridir.
Antioksidantlar, xüsusilə C və E vitamini, beyin hüceyrələrini oksidləşdirici stressdən qoruyur və qan axınını yaxşılaşdırır.
Qaragilə, portağal və tünd şokolad antioksidant baxımından zəngin qidalardır. Bu qidalar Alzheimer riskini azaltmağa və beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Sağlam və balanslı qidalanma yaddaş itkisini gecikdirə bilər və idrak qabiliyyətini qoruyar. Mütəmadi olaraq beyin üçün faydalı qidalar qəbul etmək uzunmüddətli sağlamlığa müsbət təsir göstərə bilər.
Tərcümə: Könül Oruc