ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsi ilə Kiyev Qərbin dondurulmuş Rusiya aktivlərindən silah tədarükünü maliyyələşdirmək üçün istifadə etməyə cəhdlərini təzələyib.
“İki sahil” xəbər verir ki, bu barədə “Washington Post” (WP) məlumat yayıb.
“Ukrayna rəsmiləri Trampı Avropada müqaviməti dəf etməyə inandırmaq ümidi ilə Rusiyanın dondurulmuş milyardlarla dollarlıq aktivlərinə çıxış əldə etmək cəhdlərini təzələyiblər. Kiyev gözləyir ki, silah tədarükü və yenidənqurma üçün alternativ maliyyə mənbəyi xarici yardıma son qoymağa çalışan Trampı maraqlandıracaq”, - deyə WP yazıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”