AZ

Avropada qazın qiyməti yanvarda 6 faiz artıb

Avropada qazın orta qiyməti yanvar ayında 6 faiz yüksələrək 1000 kubmetr üçün təxminən 517 dollara çatıb.

Bakıvaxtı.az xarici mənbələrə istinadla xəbər verir ki, bu bahalaşmaya əsasən soyuq qış şəraitində qaz anbarlarından sürətli çıxarılma və Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması təsir edib. 

Məlumata görə, ötən ilin payızından etibarən Avropanın əsas mərkəzlərində qazın qiymətində tədrici artım müşahidə olunub. 2024-cü ilin dekabrında qitədə qazın orta qiyməti 1000 kubmetr üçün 489 dollar təşkil edirdisə, yanvar ayında bu göstərici 517 dollara yüksəlib.

Əli Hüseynov

Seçilən
4
bakivaxti.az

1Mənbələr