Avronun dizaynı dəyişir
Avropa Mərkəzi Bankı valyutanın dövriyyəyə buraxılmasından sonra 23 il ərzində ilk dəfə avro əskinaslarının dizaynını dəyişəcək.
Yeniavaz.com “The İndependent”ə istinadla xəbər verir ki, dizayn dəyişikliyi əskinasları daha cəlbedici və tanınan etmək məqsədi daşıyır.
Hazırda avroda adı açıqlanmayan körpülər və pəncərələr var.
Lakin yeni dizaynda mədəniyyət xadimləri və ya quşların və çayların kombinasiyası ola bilər.
Birinci halda əskinaslarda məşhur avropalılar olacaq: yunan opera müğənnisi Mariya Kallas, bəstəkar Lüdviq van Bethoven, polyak-fransız alim Mariya Küri, ispan yazıçı Migel de Servantes, italyan rəssam və ixtiraçı Leonardo da Vinçi və avstriyalı sülh fəalı Berta fon Zuttner.
Belə əskinasların arxa tərəfində mahnı festivalı və ya kitabxana kimi mədəni tədbirlər və ya obyektər əks olunacaq.
Bununla belə, nəşrin qeyd etdiyi kimi, müstəqil ekspertlər qrupu tərəfindən təklif edilən və sonra mərkəzi bank tərəfindən seçilən bu adlar mübahisəli ola bilər, çünki onlar avrozonanın 20 ölkəsindən yalnız altısını təmsil edir.
Alternativdə əskinasların ön hissəsində quşların və çayların, arxa tərəfində isə Avropa qurumlarının, o cümlədən Avropa Mərkəzi Bankının özü əks olunacaq.