Terror təşkilatı PKK-nın sözdə lideri Abdullah Öcalan fevralın 15-də videomüraciət yayımlayacaq.
"AzPolitika" xəbər verir ki, bu barədə Suriya Demokratik Qüvvələrinin "lideri" Mazlum Abdi xarici mətbuata açıqlamasında bildirib.
Müraciətin videoformatda olacağı qeyd olunub. Diqqət çəkən məqamlarda biri bu çağırışın Öcalanın həbsinin 26-cı ildönümü gününə təsadüf etməsidir.
Türkiyə mediasının əsas gözləntisi PKK-nın tərksilah ediləcəyi mesajının veriləcəyidir.
Qeyd edək ki, Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) heyəti yanvarın 23-ü cümə axşamı günü Abdullah Öcalanla ikinci dəfə görüşüb. DEM Partiyası Öcalanın yeni sülh prosesi üzərində çalışdığını və hazırlıqlar tamamlandıqdan sonra ictimaiyyətə açıqlanacağını bildirmişdi.
Xatırladaq ki, A.Öcalan 26 il bundan əvvəl 15 fevral tarixində Keniyada saxlanılmışdı.
"AzPolitika.info"