ATƏT-in Minsk Qrupu və ona aid qurumlar əhəmiyyətini itirdiyindən ləğv edilməlidir.
Ölkə.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarovanın fikrincə, Minsk Qrupunun buraxılması faktı Azərbaycan prezidenti və Ermənistanın baş naziri, Fransa prezidenti və Avropa İttifaqı Şurasının nümayəndəsinin 6 oktyabr 2022-ci ildə qəbul edilmiş birgə bəyanatı ilə də dəstəklənir.
“Minsk qrupu öz fəaliyyət obyektini itirib. Aydındır ki, belə bir təcili tədbir Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşmasına kömək etmək məqsədi daşıyır. Buna əlavə edəcəyim başqa heç nə yoxdur", - Zaxarova bildirib.
Mürtəza
Ölkə.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta