Böyük Britaniyanın “BAE Systems” şirkəti “Eurofighter Typhoon” qırıcılarının satışı ilə bağlı yaxın vaxtlarda Türkiyəyə öz qiymət təklifini təqdim edəcək.
“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, beləliklə, Türkiyənin “Eurofighter Typhoon” qırıcılarını tədarük etməsi üçün kritik proses artıq başlayıb.
Bildirilib ki, Türkiyə Milli Müdafiə Nazirliyi KAAN, HÜRJET, “Bayraktar KIZILELMA” və ANKA-3 kimi milli aviasiya vasitələri istifadəyə hazır olana qədər ölkənin Hərbi Hava Qüvvələri üçün lazım olan F-16 və “Eurofighter Typhoon”ların alınmasına dair işlərini davam etdirir.
Hazırda Türkiyə Milli Müdafiə Nazirliyi 40 ədəd “Eurofighter Typhoon”un alınması üçün danışıqlar aparır.