Türkiyədə İŞİD üzvləri saxlanılıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Suriya və İraqda terror təşkilatı İŞİD adına silahlı fəaliyyətlər həyata keçirdikləri və 2019-cu ildə qeyri-qanuni yollarla Türkiyəyə daxil olduqları müəyyən edilən 4 nəfər Adanada tutulub.
Şübhəlilərin tanınmamaq və dolanmaq üçün kənd təsərrüfatında fəhlə işlədikləri bildirilib.
Mina Mikayılova