Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 23-cü tur çərçivəsində "Bllis"i qonaq edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Zamiq Əliyev 87-ci dəqiqədə bu üstünlüyü qorumaq üçün meydana buraxılıb.
“Eqnatiya” bu qələbədən sonra 42 xalla Albaniya çempionatının liderlik edir.