Türkiyənin Demokrat Partiyasından istefa verən deputatlar Cemal Enginyurt və Salih Uzun Cümhuriyyət Xalq Partiyasına (CHP) keçəcəklər.
"Cebheinfo.az" bu barədə tanınmış jurnalist İsmayıl Saymaz məlumat verib.
Onun sözlərinə görə, millət vəkilləri 4 fevralda CHP-yə qatılacaqlar.
Belə ki, İstanbul millət vəkili Cemal Enginyurt və İzmirdən seçilən deputat Salih Uzun bu həftəiçi CHP sədri Özgür Özəl ilə görüşüblər.
Onlar CHP liderinin təklifini qəbul ediblər. Hər iki deputata 4 fevralda CHP-nin parlamentdə keçiriləcək Qrup toplantısında Özəl tərəfindən partiyanın döş nişanı taxılacaq.