AZ

Fitso indi də Çexiyanı ittiham edir

Slovakiyanın Baş naziri Robert Fitso Çexiyanı öz siyasətçiləri və mediası vasitəsilə Slovakiyanın daxili işlərinə qarışmaqda ittiham edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bir neçə gün əvvəl Slovakiya hökumətinin başçısı Ukraynaya qarşı da analoji ittihamlarla çıxış edib. Bu ittihamlara həm Kiyev, həm də indi Praqa cavab verib.

Slovakiya hökumətinin başçısı diplomatlarla, o cümlədən Çexiya səfiri Rudolf Jindrakla görüşündə Çexiya tərəfinə qarşı ittihamlar səsləndirib. Fitso həmçinin Slovakiya müxalifətinin dövlət çevrilişi hazırlaması və hökumət binalarını ələ keçirməyi planlaşdırması ilə bağlı ittihamlarını təkrarlayıb.

“AzPolitika.info”

Seçilən
10
azpolitika.info

1Mənbələr