AZ

HAMAS-ın azad etdiyi daha iki girov İsrailə təhvil verilib

İsrail ilə HAMAS arasında girovların mübadiləsi çərçivəsində dəyişdirilən yəhudi əsilli iki nəfər – Yarden Bibas və Ofer Kalderon artıq Xan-Yunis şəhərinə gətirilib.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Biri eyni zamanda ABŞ vətəndaşlığını daşıyan girovların (Beynəlxalq Qızıl Xaç Komitəsi) BQXK-nın avtomobilləri ilə gətirildiyi bildirilib.

Yəhudi əsilli Kit Siqalın isə bir qədər sonra qurumun nümayəndələrinə təhvil veriləcəyi açıqlanıb.

Seçilən
16
7
apa.az

8Mənbələr