AZ

"Las Palmas" Bayçetiçi icarəyə götürdü

İspaniya təmsilçisi "Las Palmas" İngiltərənin "Liverpul" klubunun futbolçusu Stefan Bayçetiçi icarəyə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə La Liqa komandasının mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər "Las Palmas"ın şərəfini qoruyacaq.

O, mövsümün ilk yarısını icarə əsasında “Zaltsburq”un (Avstriya) heyətində keçirib.

Qeyd edək ki, S.Bayçetiçin "Liverpul"la olan müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Seçilən
21
5
bakivaxti.az

6Mənbələr