Fələstinin Həmas hərəkatı 2023-cü ilin oktyabrında girov götürülmüş iki İsrail vətəndaşını Qırmızı Xaç təşkilatına təhvil verib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
“Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata görə, iki girov onlara təhvil verilib və onlar Qəzza zolağında ÇAXAL ilə Şin Bet (İsrail Baş Təhlükəsizlik Xidməti - red.) qüvvələrinə doğru gedirlər”, - məlumatda deyilir.
Bir qədər sonra isə mətbuat xidməti azad edilən İsrail vətəndaşlarının adlarını açıqlayıb. Onlar Ofer Kalderon və Yarden Bibasdır.
ÇAXAL-ın məlumatına görə, HƏMAS tərəfindən azad edilən girovlar artıq sərhədi keçərək yəhudi dövlətinə keçiblər və indi ilkin qəbul məntəqəsinə doğru aparılırlar. Bu obyekt Qəzza zolağına bitişik ərazidə yerləşir.
Tural