AZ

Türkiyə turizmi rekord vurdu – 62 milyon turist, 61 milyard gəlir

Türkiyənin 2024-cü ildə turizm gəliri əvvəlki ilə görə 8,3 faiz artaraq 61 milyard 103 milyon 419 min dollara çatıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat yayıb.

Turistlərdən gələn turizm gəlirləri 60 milyard 497 milyon 18 min dollar, transfer sərnişinlərdən turizm gəlirləri isə 606 milyon 401 min dollar olub.

Məlumata görə, turizm gəlirlərinin təxminən 17 faizi xaricdə yaşayan Türkiyəyə səfər edən vətəndaşlardan əldə edilib.

Bu məbləğin 43 milyard 92 milyon 544 min dollarını şəxsi xərclər, 17 milyard 404 milyon 474 min dollarını isə turizm paketləri üzrə xərclər təşkil edib.

2024-cü ildə Türkiyəyə turist axını 9 faiz artaraq 62 milyon 232 min 447 nəfər olub. Bunlardan 15,4 faizi xaricdə yaşayan Türkiyə vətəndaşları olub.

2024-cü ildə ziyarətçilərdən əldə edilən ümumi turizm gəlirlərində paket tur xərclərinin payı 28,8 faiz, qida və içki xərclərinin payı 19,4 faiz, beynəlxalq səyahət xərclərinin payı isə 12,5 faiz təşkil edib.

Dövr ərzində əvvəlki illə müqayisədə paket turlara xərclər 22,7 faiz, qida və içkilərə xərclər 7,4 faiz, beynəlxalq səyahətlərə xərclər isə 0,9 faiz artıb.

Aynurə



Seçilən
21
news24.az

1Mənbələr