Türkiyənin Şırnak bölgəsinin Cizre rayonunun Dağkapı məhəlləsində gecə saatlarında səbəbi hələ məlum olmayan mübahisə nəticəsində Barış Nas (16) bıçaqlanıb və ağır yaralanıb.
Sherg.az xəbər veir ki, ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.
Ağır xəsarətlərlə Cizre Dövlət xəstəxanasına çatdırılan Barışı həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.