AZ

ABL: XIII turun daha iki görüşü keçirilir

Bu gün Azərbaycan Basketbol Liqasında XIII tur çərçivəsində daha iki görüş baş tutacaq.

Fanat.Az xəbər verir ki, əvvəlcə A qrupunda NTD ilə "Neftçi" üz-üzə gələcək.

Görüş Bakı İdman Sarayında küçiriləcək və saat 12:30-da start götürəcək.

B qrupunda isə "Şəki" "Sumqayıt"ı sınağa çəkəcək. Şəki Olimpiya İdman Kompleksində baş tutacaq matç 14:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" 12 turdan sonra 17 xalla A qrupunda beşinci yerdədir. NTD 15 xalla sonuncu - altıncı pillədə qərarlaşıb. 
"Şəki" 22 xalla B qrupunun birincisi, 16 xala malik "Sumqayıt" dördüncüdür.

Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" isə "Sabah"ı 67:59 hesabı ilə məğlub edib.

Tura fevralın 2-də yekun vurulacaq.

Seçilən
13
16
fanat.az

10Mənbələr