AZ

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO

Çinin Xişuanqbanna Meşə Parkında dəhşətli hadisə baş verib.Su pərisi paltarı geyinmiş rusiyalı qız akvariumda çıxış edərkən nəhəng balığın hücumuna məruz qalıb.

News24.az milli.az-a istinadən xəbər verir ki, 22 yaşlı Maşa akvariumda üzərkən balıq qəfil ona hücum edərək başını dişləyib. Hadisə zamanı uşaqlar və tamaşaçılar qorxu içində qışqırmağa başlayıblar.

Balığın dişləməsinə baxmayaraq, Maşa balıqdan qurtulub və sürətlə suyun səthinə çıxıb. Lakin hücum nəticəsində onun başı, boynu və gözü xəsarət alıb.

Hadisənin görüntüləri isə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Həmin anları təqdim edirik:


Seçilən
25
3
news24.az

4Mənbələr