AZ

Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Qərbi Azərbaycan İcmasında İcmanın Gənclər Şurasınıntəşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantıkeçirilib.

Trend xəbər verir ki, tədbirvətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli LiderHeydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi iləbaşlayıb.

Dövlət Himninin səsləndirilməsinin ardından Qərbi Azərbaycanİcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı ƏzizƏləkbərli tədbiri açıq elan edərək bildirib ki, Qərbi Azərbaycanhəqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyi mühüm əhəmiyyətdaşıyır. Deportasiya ilə bağlı reallıqların, eləcə də irsimizinnəsildən-nəslə ötürülməsinin məhz gənclərin bu həqiqətlər barədəolan biliklərinə əsasən baş verir.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası və Milli MəclisinSəhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışı zamanıgənclərin Qərbi Azərbaycana qayıdış məsələsində aktiv iştirakınınəhəmiyyətini vurğulayıb.

Millət vəkili gənclərin təhsil həyatında önəm daşıyan xaricdətəhsillə bağlı Dövlət Proqramlarından da bəhs edib. O bildirib ki,təkcə ötən il 300-dək tələbə bu proqramlardan yararlanıb və onlarınbütün xərclərini dövlət öz üzərinə götürüb.

Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli MəclisinGənclər və İdman komitəsinin sədri Şahin İsmayılov çıxışındagənclərin günümüzün aparıcı-lokomotiv qüvvəsi olaraq QərbiAzərbaycanla bağlı daha ətraflı məlumata malik olmalarınınvacibliyini qeyd edib. Şahin İsmayılov bildirdi ki, gənclərin istərtəmsil olunduqları platformalar, istər sosial media, istərsə dədigər ölkələrdəki fəaliyyətləri zamanı Qərbi azərbaycanlıların ötənəsrdə üzləşdikləri deportasiya və soyqırımlarla bağlı həqiqətləriçatdırmaları, aparılan işdə önəmli rola malikdir.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı təmsil etdiyitəşkilatın Qərbi Azərbaycan İcması ilə birlikdə bu istiqamətdəgördüyü fəaliyyətə toxunub, gənclərin, təşkil edilən bütüntədbirlərdə aktivlik göstərdiyini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının aktiv üzvü Həsən Əhmədov və Fidanİbrahimova çıxışlarında öz timsallarında gənclərin üzərinə QərbiAzərbaycan məsələsi ilə bağlı düşən məsuliyyəti anladıqlarınıvurğulayıb, gənc nəsil olaraq bu müqəddəs amalla əlaqədar bütüngüclərini sərf etməyə davam edəcəklərini bildiriblər.

Daha sonra əslən Qərbi Azərbaycandan olan və bir sıra uğurlaraimza atan 15 gəncin eləcə də İcma ilə səmərəli əməkdaşlığa görə 10gənclər təşkilatının mükafatlandırılması həyata keçirilib. Ardıncaİcmanın müxtəlif tədbirlərində iştirak etmiş 30 gəncə üzvlükvəsiqələri təqdim edilib.

Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Seçilən
37
46
az.trend.az

10Mənbələr