Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketinə 50 məhsula bağlı məhdudiyyətləri daxil etməyi planlaşdırır.
Bakupost.az xəbər verir ki, bi, bunu Qazaxıstan hakimiyyəti ilə bu məhdudiyyətləri müzakirə edən Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sullivan Astanaya səfəri zamanı bildirib.
“Düşünürəm ki, 16-cı paket, şübhəsiz ki, Qazaxıstan hakimiyyətindən xüsusi diqqət yetirməyi xahiş etdiyimiz 50 məhsul üçün əlavə ticarət məhdudiyyətləri gətirəcək. Şirkətlərə gəldikdə, biz bilə-bilə sanksiyalarımızdan yayındıqlarını bildiyimiz şəxslərlə ticarətin qarşısını almaq hüququnu özümüzdə saxlayırıq”, -deyə O’Sullivan bildirib.
Aİ-nin xüsusi nümayəndəsi konkret olaraq hansı mıhsullardan söhbət getdiyini açıqlamayıb.
Lalə, BakuPost