AZ

Yaponiyanın baş naziri ABŞ-a səfər edəcək

Yaponiyanın baş naziri Şiqeru İşiba fevralın 6-dan 8-dək ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək. Məlumatı Yaponiya mətbuatına istinadən “İzvestiya.ru” yayıb.

Məlumata görə, İşiba və Tramp arasında görüş dövlətlər arasında əməkdaşlığı müzakirə etmək və ABŞ-ın Asiya-Sakit okean regionunun işlərində iştirakının vacibliyini anlamaq məqsədi ilə keçirilir.

Bundan əlavə, İşiba çox güman ki, Trampa ABŞ qazı almaq üçün müqavilə təklif edə bilər. Nəşr yazır ki, Yaponiya da ABŞ prezidentinə Alyaskada ABŞ və Asiyanı birləşdirəcək yeni qaz kəmərinin tikintisinə investisiyalar təklif edə bilər.

P.ƏMİRCANOV
XQ

 

Seçilən
21
38
xalqqazeti.az

10Mənbələr