AZ

Vaşinqtonda təyyarə qəzasında ölən 41 nəfərin cəsədi tapıldı

ABŞ-ın fövqəladə hallar xidmətləri Vaşinqton yaxınlığındakı Ronald Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması nəticəsində həlak olan 41 nəfərin cəsədini tapıb, onlardan 28-nin şəxsiyyəti məlum olub.

News24.az xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin yanğınsöndürmə idarəsinin rəhbəri Con Donnelli məlumat verib.

ABŞ rəsmiləri qəzadan sonra hava limanının üç uçuş-enmə zolağından ikisinin bağlandığını və gündəlik 800-ə yaxın reysin 100-nün ləğv edilməsinə səbəb olduğunu söyləyib.

Federal Aviasiya Administrasiyası (FAA) yanvarın 29-da Ronald Reyqan Beynəlxalq Hava Limanı yaxınlığında American Airlines şirkətinə məxsus təyyarə ilə “Black Hawk” hərbi helikopterinin toqquşduğunu bildirib.

Təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub. Helikopter və təyyarə toqquşmadan sonra Potomak çayına düşüb. Səlahiyyətlilər sağ qalanların olmadığını bildiriblər.

ABŞ prezidenti Donald Tramp ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Co Baydenin administrasiyalarını FAA-da ixtisaslı olmayan kadrları işə götürməkdə ittiham edib.

“Bu şokedici hadisə Obama və Bayden administrasiyaları tərəfindən Federal Aviasiya Administrasiyasının dürüstlüyünü və səriştəsini azaldan şübhəli və ehtimal olunan qeyri-qanuni qərarların nəticəsidir”, - deyə Tramp bildirib.

Aynurə

Seçilən
21
news24.az

1Mənbələr