I Liqa təmsilçisi “Mingəçevir” ev oyunlarını Zaqatalada keçirəcək.
Futbolpress.az xəbər verir ki, buna səbəb klubun ev oyunlarını keçirdiyi Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun təmirə görə bağlanmasıdır.
Klub Peşəkar Futbol Liqasına bu barədə müraciət edib və müsbət cavab alıb.
“Mingəçevir” I Liqada 12 turdan sonra 6 xalla sonuncu – 10-cu sıradadır.