AZ

Dünyanın ən yaxşı braziliyalı futbolçusu açıqlandı

Britaniyanın nüfuzlu “Give me Sport” portalı tarixin ən yaxşı braziliyalı futbolçularının reytinqini dərc edib.

Msport.az xəbər verir ki, ilk pilləni yeganə üçqat dünya çempionu olan əfsanəvi hücumçu Pele tutub. İkinci yeri Braziliya millisi ilə iki dəfə mundialı qazanan və eyni sayda “Qızıl top”a layiq görülən Ronaldo tutub. Qarrinça reytinqdə 3-cü olub.

Növbəti pillələrdə, müvafiq olaraq, Ronaldinyo, Rivaldo, Romario, Neymar, Ziko, Didi və Jairzinyo yer alıb.

Xatırladaq ki, Neymar bu siyahıda karyerasını davam etdirən yeganə oyunçudur. Braziliyalı bu yaxınlarda “Santos”a qayıdıb.

Seçilən
31
msport.az

1Mənbələr