“VN Book House” kitab mərkəzinin və “Əsgərə Xatirə” təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr olunmuş “Gələcəyimizin sönməz şəfəqləri”adlı tədbir keçirilib.
Tədbirdə fəxri qonaq olaraq millət vəkili Vüqar İskəndərov, əməkdar artist Kübra Əliyeva, Vəfa Sosial Problemlərin Həllinə dəstək İB sədri Fatimə Hacıbəyli, “Smart” sistem sirkətinin təsisçisi və direktoru Elmin Sadıqov, “Bakucakeacademy” qənnadçılıq şiniyyat Mərkəzinin rəhbəri Lamiyə Həsənova və mərkəz rəhbəri Vüsal Nərimanov çıxış edərək həncləri təbrik ediblər.
Məlumat verilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb
Tədbir çərçivəsində bir qrup gənc fəxri fərmanla təltif olunub və onlara qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə “VN Book House “un fəaliyyətini əks etdirən layihələr və nailiyyətlər təqdim olunaraq maraqlı məlumatlar verilib.
Onların gənclərin inkişafı və cəmiyyətə verdiyi töhfələrin davamlı olması arzu olunub.
Sonda tədbirin moderatoru Nuranə Şıxəliyeva “VN Book House” kitab mərkəzinin rəhbəri Vüsal Nərimanova, gələn bütün qonaqlara və gənclərə təşəkkürünü bildirib.
N.Şıxəliyeva bildirib ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0023-1024x682.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0021-1024x682.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0022-1024x682.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0020-1024x682.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0019-1024x682.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0018-682x1024.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0012-1024x682.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0013-1024x682.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0015-1024x682.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0016-1024x682.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0014-1024x683.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0017-1024x682.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0025-682x1024.jpg)
![](https://yaz.redaksiya.az/wp-content/uploads/2025/02/IMG-20250201-WA0024-1024x682.jpg)