AZ

Türkiyə Turizm sektorunda yeni record qırıb – (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Qardaş ölkə Türkiyə ötən il 62,2 milyon turist qəbul edib və eyni zamanda 61,1 milyard dollar gəlir götürərək turizm sektorunda rekordunu yeniləyib.

Hafta.az-ın yazdığına görə, Türkiyə, 2024-cü ildə ziyarətçi sayında illik 9,8 faiz artım əldə edərək 62 milyon 69 min 890 turistə ev sahibliyi edib. Bu, pandemiyadan əvvəlki il olan 2019-cu illə müqayisədə 20,3 faizlik artım deməkdir. Bununla da Türkiyə 2024-cü ilin əvvəlində elan etdiyi 60 milyon və ötən oktyabrda yenilədiyi 61 milyon turist hədəflərini də geridə qoyub .

Bundan əlavə, Türkiyə turizmdən 61,1 milyard dollar gəlir götürərək ötən illə müqayisədə 8,3 faiz daha çox qazanıb. Ümumilikdə, 2024- cü il Türkiyənin turizm sahəsində ən uğurlu ili olub.

Avropa, Yaxın Şərq və Mərkəzi Asiya Türkiyənin əsas turizm bazarları olaraq qalsa da, Amerika, Hindistan və Çin kimi inkişaf edən bazarlarda 2024-cü ildə nəzərəçarpacaq artım qeydə alınıb. Rusiya, Almaniya və Böyük Britaniya ən çox turist göndərən ilk üç ölkələrdir. Digər tərəfdən, inkişaf edən bazarlardan gələn turistlərin sayında ABŞ üzrə 8,1 faiz, Çin üzrə 65,1 faiz və Hindistan üzrə 20,7 faiz artım müşahidə olunub.

Türkiyəyə gələn əcnəbi turistlər ölkədə orta hesabla 10,7 gün keçirib və bir  turistdən əldə edilən gəlir 972 dollar olub. BMT-nin Turizm qurumuna (UN Tourism) görə, Türkiyə 2023-cü ildə dünyanın ən çox ziyarət edilən ilk beş turizm məkanı arasında yer alıb.

Seçilən
22
30
hafta.az

10Mənbələr