AZ

20-dən çox ölkənin iştirak etdiyi “Qış təlimi-2025″də tapşırıqlar icra olunub

Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2025” çoxmillətli təlimi davam edir.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, təlimdə Milli Müdafiə Nazirliyi, Baş Qərargah Komandanlığı, Quru Qoşunları Komandanlığı, Hərbi Dəniz Qüvvələri Komandanlığı, Hərbi Hava Qüvvələri Komandanlığı və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı, eləcə də mülki dövlət qurumları və təşkilatlarla birlikdə Türkiyədən 12 min, ABŞ, Azərbaycan, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Kosovo, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan isə 199 nəfər olmaqla ümumilikdə 12 min 199 hərbi qulluqçu iştirak edir.

Təlimdə minaatan atışları, axtarış-xilasetmə, birgə əməliyyatlarda əməkdaşlıq və koordinasiyanın təmin edilməsi, birliklərin döyüş bacarıqlarının sınaqdan keçirilməsi, atəş sinxronizasiyası, manevr etmə və təminat kimi əsas sahələrdə təlim və fəaliyyətlər həyata keçirilir.

Bu çərçivədə keçirilən mətbuat konfransında 3-cü Ordu Komandanlığının Baş Katibi polkovnik Serdar Başer təlimlə bağlı ətraflı məlumat verib.

Daha sonra təlimin komanda mərkəzi nümayiş etdirildikdən sonra Qazaxıstan, Kosovo və Azərbaycandan olan komandanların iştirakı ilə vəziyyətin qiymətləndirilməsi aparılıb.

Türkiyə Quru Qoşunlarına məxsus müasirləşdirilmiş ZMA-15 zirehli texnikasından insansız sistemə çevrilərək uzaqdan idarə olunma və avtonom hərəkət qabiliyyəti qazandırılmış ASELSAN-ın ZMA-X zirehli döyüş maşını da ilk dəfə olaraq təlimdə iştirak edib. İnsansız və uzaqdan idarə olunan silah sistemi ilə atəş dəstəyi verən bu maşın, xüsusi dizaynı sayəsində insanlı istifadəyə də imkan verir. Zirehli döyüş maşını səhra şəraitinə, palçıqlı, asfalt, çınqıllı və torpaq yollara uyğunluğu ilə seçilir.

Təlimdə yerli və milli sistemlə hazırlanmış Hava Hücumundan Müdafiə Erkən Xəbərdarlıq və Komanda İdarəetmə Sistemi (HERİKKS) də təqdim edilib.

Təlimin məqsədi birgə və müştərək əməliyyatların icrası zamanı əməkdaşlıq və koordinasiyanı təmin etmək, dərin qar və sərt şaxtalı şəraitdə döyüş imkan və qabiliyyətlərini sınamaq, döyüş meydanının bütün aspektlərini canlandırmaq, atış və manevr sinxronizasiyasını inkişaf etdirmək, qış şəraitində yerləşmə, yaşayış, ərzaq və texniki xidmət bacarıqlarını artırmaq, eləcə də komanda-idarəetmə sistemlərinin qış şəraitində işləkliyini təmin etməkdir.

Təlimdə iştirak edən ölkələrin Xüsusi Təyinatlı Qüvvələrindən ibarət qrup ssenariyə əsasən düşmən mövqeyinə sızma əməliyyatı həyata keçirib. Helikopterlər vasitəsilə düşmən mövqelərinə enən xüsusi təyinatlılar mağaralardakı hədəfləri məhv edərək əməliyyatı uğurla tamamlayıb.

Pilotsuz uçuş aparatları (PUA) tərəfindən müəyyən edilən hədəflər top atışları ilə vurulub. Dərinlikdəki mövqelərə hücum çərçivəsində minaatan və zirehli döyüş maşınlarından atışlar yerinə yetirilib.

“Müharibə Meydanında Hava Təcrid Əməliyyatı” çərçivəsində düşmən tank taburunun toplaşdığı əraziyə ATAK helikopterləri tərəfindən hava hücumu təşkil edilib və bütün hədəflər tam dəqiqliklə vurulub.

Təlim zamanı ASELSAN tərəfindən hazırlanan “Atəşi İdarəetmə Məlumat Sistemləri” vasitəsilə atəş komandalaları asanlıqla hesablanan hədəflər tam dəqiqliklə vurulub. Zirehli tank qırıcıları CİRİT raketlərindən istifadə edərək hədəflərə atışlar həyata keçirib. Eyni zamanda, ATAK helikopterləri tank bölüyünün arxasından manevr edərək CİRİT və UMTAS raketləri ilə hədəfləri məhv ediblər.

Minalanmış ərazidə irəliləyərkən zərər görən tankdan yaralıların təxliyəsi əməliyyatı həyata keçirilib. Bu zaman özüyeriyən haubitsalar və tanklar effektiv atışlar icra ediblər. Bundan əlavə, xilasetmə maşını minaya basmış GZPT-ni təxliyə edib.

Əsgərlərin yük təyyarəsindən paraşütlə endirildiyi təlim bölgəsində F-16-lar və Türkiyə bayrağı ilə havaya qalxan paramotorlar salamlama uçuşu həyata keçirib.

Son mərhələdə isə birgə qüvvələrdən ibarət snayper qrupları düşmənin pulemyot və tank əleyhinə mövqelərini atəş altına alıb. Türkiyə hərbçiləri yerli istehsal olan KN12 snayper tüfəngləri ilə hədəfləri dəqiqliklə vurub.

Təlim zamanı KARGU kamikadze mini PUA sistemi, AKROP və KOMODO mini yerüstü robotları, PROTON ELİT tunel detektoru, CİRİT raket sistemi, TOGAN və SERÇE 2 mini PUA-ları, SERÇE 3 mini PUA-sı, 81 mm və 120 mm minaatanlar üçün elektron istiqamətləndirmə sistemi, KN12 snayper tüfəngi, -25°C şaxtaya davamlı yeni tip qış geyimləri və hücum jiletləri, Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) geyimlərindən istifadə olunub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2025

2025

2025

2025

2025

2025

2025

Seçilən
30
poliqon.az

1Mənbələr