AZ

Neymar brazililiyaların önündə ağladı

Braziliyalı futbolçu Neymar yeni klubunda təqimat zamanı azarkeşlər önündə göz yaşlarına boğulub.

Teleqraf.com xəbər verir ki, bu, Braziliyanın “Santos” klubu ilə 2025-ci ilin yayına kimi müqavilə bağlayan 33 yaşlı futbolçunun yerli azarkeşlər tərəfindən izdihamla qarşılanması zamanı baş verib.

Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubundan yetirməsi olduğu komandaya keçən dünya şöhrətli forvardın transfer dəyəri 15 milyon avro göstərilir.

Qeyd edək ki, Neymar 2009-2013-cü illərdə "Santos"un əsas komandasında çıxış edib.

Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib.


Müəllif: Röyanə Oğuz
Seçilən
6
teleqraf.com

1Mənbələr