Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin son günlərdə ucuzlaşmağa davam edir.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (27 – 31 yanvar, 2025)
FED.az xəbər verir ki, bir neçə gün əvvəl 105 min dolları keçən kriptovalyuta hazırda 102,061 dollara qədər geriləyib. Bu, 24 saat ərzində 2.14%-lik, son bir həftədə isə 2.27%-lik azalma deməkdir. Bununla belə, son 30 gündə Bitcoin-in qiymətində 6.67%-lik artım müşahidə olunub, bu da son bir ayda qiymətin yüksəldiyini göstərir.
Bitcoin-in ümumi bazar dəyəri hazırda 2.02 trilyon dollar səviyyəsindədir. Son 24 saatda ticarət həcmi 44 milyard dolları keçib. Hazırda dövriyyədə 19.8 milyon BTC mövcuddur.