AZ

ABŞ-də növbəti təyyarə qəzası – Ölən və yaralananlar var + VİDEO

ABŞ-nin Pensilvaniya ştatının Şimal-Şərqi Filadelfiya Hava Limanından havaya qalxdıqdan az sonra Ruzvelt Ticarət Mərkəzinin yerləşdiyi ərazidə bir xəstə, 2 həkim, 1 tib bacısı və 2 ekipaj üzvünü daşıyan “Learjet 55” tipli kiçik şəxsi təyyarə qəzaya uğrayıb. “Learjet 55” təyyarəsi yaşayış binalarının üzərinə düşüb.

“AzPolitika” xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Təyyarənin Missuri ştatındakı Sprinqfild-Branson Milli Hava Limanına uçmağa çalışdığı bildirilir. 

Qəzadan sonra ərazidəki bəzi evlərdə yanğın başlayıb, ilkin məlumata görə, ölən və yaralanan var.

“AzPolitika.info”

Seçilən
18
azpolitika.info

1Mənbələr