Olaylar.az xəbər verir ki, bunu ABŞ-ın Latın Amerikası üzrə xüsusi nümayəndəsi Maurisio Klaver-Karone deyib .
"Bu, əsas sualdır. Çünki, son nəticədə söhbət əsas, vacib, strateji aktivdən gedir", - deyə o qeyd edib.
Klaver-Karone vurğulayıb ki, 21-ci əsr Amerikanın əsri olacaqsa, Panama kanalı Pekinin nəzarəti altında olmamalıdır.
İnauqurasiya günü Donald Tramp bildirib ki , Çin Panama kanalına nəzarəti ələ keçirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq iddiaları rədd edərək , Çinin Panama kanalının idarə edilməsi və istismarında heç bir əli olmadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31