İlin hər mövsümündə əsrarəngiz gözəlliyi, təbiət mənzərələri ilə insanları heyran edən Şahdağ Milli Parkı ağ örpəyə bürünüb.
Böyük Qafqazın ətəkləri, dərə və zirvələr təkrarsız mənzərələrlə göz oxşayır .
Təbiət kiçik çillədə ondan qar gözləyənlər, qışın dadını çıxarmaq arzusunda olanlara möhtəşəm fürsət yaradıb.
Bu füsünkar gözəlliyi görmək istəyənlər Şahdağ Milli Parkının Oğuz bölməsi ərazisində gəzib qış mənzərələrindən zövq alırlar.
Özəlliklə Oğuzun Baş Daşağıl kəndi, eləcə də rayonun dağlara yönələn səmtindəki mənzərələr əsl qış nağılını xatırladır.
Bizim.Media-nın yerli bürosu məkanın ən gözəl mənzərələrini obyektivin yaddaşına köçürüb.
Burada ttəbiətin sevərək yaratdığı heyrətamiz tablo “Quruçay” şəlaləsindəki mənzərələrdir. Onu canlı görmək istəyənlər şəlaləyə 1.5 km məsafəni piyada qət edirlər. Digər piyada yol isə yol isə 3 kilometrdir. Amma nə yolun uzaqlığı, nə qarlı olması gələnləri yormur. Çünki irəlilədikcə təbiət təbiət təkrarsız mənzərələri ilə göz oxşayır, xoş əhval-ruhiyyə yaradır.
Bir sözlə, bura gələn hər kəs özünü möcüzəli təbiətin bir parçası hiss edir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta