AZ

İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər

İrəvanda ictimai nəqliyyatda gediş haqqının artırılmasına qarşı aksiya keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Paytaxt sakinlərini boykota İrəvan Ağsaqqallar Şurasının "Ana Ermənistan" fraksiyasından olan üzvləri və parlamentin "Hayastan" fraksiyasından olan deputatları çağırıb. Aksiyaya keçmiş mer Hayk Marutyan da qoşulub. Vətəndaşları 100 dram ödəməyə çağıran Ağsaqqallar Şurasının üzvləri bunun onların konstitusion hüququ olduğunu bildirirlər.

Daha əvvəl verilən məlumata görə, İrəvan Ağsaqqallar Şurasının 33 “lehinə” səslə qəbul etdiyi qərara əsasən, fevralın 1-dən bir gediş üçün qiymət 100 dramdan 150 drama (40 sentdən bir qədər az) qədər artırılıb.

Seçilən
7
2
ikisahil.az

3Mənbələr