Bakı. Trend:
Azərbaycanda bankların biznes kredit portfelinin artımı ötən ildə davam edib.
Trend MərkəziBanka istinadən xəbər verir ki, bankların biznes kredit portfeliəvvəlki illə müqayisədə 17,2% və ya 2 milyard 170 milyon manatartaraq 14 milyard 787,2 milyon manata çatıb.
Biznes kreditlərinin 3 milyard 107,3 milyon manatını mikrosahibkarlığa verilən kreditlər tutub ki, bu da, əvvəlki illəmüqayisədə 477,4 milyon manat, yaxud da 18,2% çoxdur. 2023-cü ilinsonunda mikro sahibkarlığa verilən kreditlərin həcmi 2 milyard629,9 milyon manat olub.
Qeyd edək ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə,Azərbaycanda 178 min 61 mikrosahibkarlıq subyekti fəaliyyətgöstərir.
Mikrosahibkarlıq subyektlərinin 11 min 829-u kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq sahəsində, 10 min 850-i emalsənayesində, 16 438-i tikinti, 62 min 278-i ticarət; nəqliyyatvasitələrinin təmiri, 13 min 830-u peşə, elmi və texniki fəaliyyət,10 986-ü ünzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrindəfəaliyyət göstərir. Ən az mikrosahibkarlıq subyektləri elektrikenerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatısahəsində fəaliyyət göstərir. Bu sahədə fəaliyyət göstərənmikrosahibkarlıq subyektlərinin sayı 191 olub.