Filadelfiyada bir ticarət mərkəzinin yaxınlığında təcili tibbi yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
News24.az xəbər verir ki, təyyarədə olan 6 nəfərin Meksika vətəndaşı olduğu açıqlanıb.
ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində ticarət mərkəzinin yaxınlığında "Jet Rescue Air Ambulance"a məxsus aviasiya təcili yardım maşını qəzaya uğrayıb. Hadisədə 4 nəfərlik ekipaj, müalicə üçün ABŞ-a gələn və evə qayıdan uşaq və onun yoldaşı olmaqla 6 nəfərin olduğu bildirilib. Şirkət açıqlamasında bildirib ki, narahatlığı təyyarənin qəzaya uğradığı ərazidə mümkün xəsarət alan xəstənin ailəsi, işçi heyəti və digərlərinin sağlamlığı ilə bağlıdır.
Qəzadan sonra verilən açıqlamalarda təyyarədə olanların sağ qalma şanslarının aşağı olduğu bildirilib.
Meksika Xarici İşlər Nazirliyi təyyarədə olan 6 nəfərin hamısının Meksika vətəndaşı olduğunu və konsulluğun həlak olanların ailələrinə dəstək verməyə hazır olduğunu açıqlayıb.
Aynurə
![](/uploads/posts/2025-02/teyyare-qeza.webp)