Bakı. Trend:
Əvvəlcədən proqnozlaşdırıldığı kimi hazırda ölkə ərazisindədumanlı hava şəraiti müşahidə olunur. Yer səthində gündüzsaatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecəsaatlarında isə yerüstü təbəqədə səthin soyuması nəticəsindəinversiya dumanı formalaşır.
Trendxəbər verir ki, bunu ekologiya və təbii sərvərlər nazirinin müaviniUmayra Tağıyeva deyib.
Nazir müavini bildirib ki, ötən günlərdə havanın maksimaltemperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcə isti qeydəalınıb:
"Ötən gün iqlim normasından 6.7 dərəcə yüksək olub. İqlimnormasından yüksək temperatur rejimi regionlarda da qeydə alınır.Əsasən sakit küləksiz havada həm də inversiya qatının yaranmasıdumanlı hava üçün əlverişli şərait sayılır.
Hazırda Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad,Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə dumanlı hava şəraiti müşahidəolunur və görünüş 200 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir".
O qışın sərt keçməsi haqqında verilmiş proqnozlara aydınlıqgətirib:
"Bu, ölkənin rəsmi qurumunun məlumatı deyildi. Faktikimüşahidələr də bu kimi fərziyyələrin təsdiqini tapmadığı haqqındaxəbər verir. Belə ki, dekabr və yanvar aylarında orta aylıqtemperatur normadan 1.2 dərəcə yuxarı olub.
Fevral ayının ilk günlərində normadan nisbətən yüksək temperaturrejimi davam edəcək".
"Əlbəttə, hər il olduğu kimi soyuq dövrlər fevral ayı ərzindəistisna edilmir və əhaliyə bu barədə 3-4 gün öncədən xəbərdarlıqlartəqdim olunur. Fevral ayının birinci ongünlüyünün ikinci yarısındanbaşlayaraq hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı enəcəyi,şimal-qərb küləyinin arabir güclənəcəyi, yağıntılı olacağıproqnozlaşdırılır.
Müxtəlif hava saytları mövcuddur və bəzi hallarda orada təqdimolunan məlumat, rəsmi orqanın məlumatından fərqli olur. Buna görədaha dəqiq məlumatları meteo.az mobil tətbiqindən əldə etməkmümkündür",- deyə o əlavə edib.