36 yaşına çatan qadınların əksəriyyəti düşünür ki, dəbdə olan paltarlar gənc nəsil üçün hazırlanıb.
Ölkə.Az xəbər verir ki, bu barədə "Onepoll" araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, qadınların 75%-i əsas trendlər və satış nöqtələrinin daha gənc yaşda olanlara xidmət etdiyini fikirləşir.
39% qadın isə düşünür ki, yaşlandıqca özlərinə uyğun paltarlar tapmaqda çətinlik çəkirlər və bu da onların özlərini "görünməz" hiss etməsinə səbəb olur.
Qadınların 37%-i hesab edir ki, onların başqaları tərəfindən görünməməsinin, yəni gözəgörünməz hiss etmələrinin səbəbi xarici görünüşlərindəki dəyişiklərlə bağlıdır.
Billurə