1 yanvar 2025-ci il tarixinə Azərbaycanda problemli kreditlərin məbləği 395,9 milyon manat teşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə bunun da böyük hissəsi paytaxt Bakının payına düşüb - 300,5 milyon manat.
Sumqayıtda bu məbləğ 13,2 milyon manat, Gəncədə 11 miylon manat, Abşeronda 5,9 milyon manata bərabər olub.
Zaqatalada problemli kreditlərin məbləği 5,3 milyon manat, Şəmkirdə 4,3 milyon manat, Yevlaxda isə 4 milyon manat təşkil edib.
İlk onluğa Xaçmaz (3,7 milyon manat), Bərdə (3,6 milyon manat) rayonları , Naxçıvan şəhəri (3,4 milyon manat) şəhəri də daxildir.